İtaliyada batan miqrant qayığından çıxan cəsədlərin sayı 34-ə çatdı

Dünya

23.06.2024 00:15

İtaliyanın cənubundakı Kalabriya bölgəsi sahillərində miqrant qayığının batması nəticəsində həlak olanların sayının 34-ə çatdığı bildirilib.

TodayPress xəbər verir ki, İtaliyanın sahil mühafizə qrupları dünən qayıqdan daha 14 cəsəd çıxarıb.

Yardım təşkilatları bazar ertəsi verdiyi açıqlamada hadisənin Kalabriyadan təxminən 200 kilometr şərqdə, Türkiyədən yola düşdüyü güman edilən bir qayıqda meydana çıxan yanğın nəticəsində baş verdiyi bildirilib.

Sahil Mühafizəsindən verilən açıqlamada bu gün çıxarılan 14 cəsədlə birlikdə ümumilikdə qəzada həlak olanların sayının 34-ə çatdığı qeyd olunub.

GÜNEL

tag: İtaliya, Sahil Mühafizə Xidməti, Türkiyə, Miqrant, todaypress.az,