İtaliyada baş verən yol qəzasında bir nəfər öldü, 17 nəfər yaralandı
Dünya
20.07.2024 21:39
Padova - Milan
avtomagistralında baş verən zəncirvari qəza nəticəsində bir nəfər ölüb, 17 nəfər
yaralanıb.
TodayPress xəbər verir
ki, əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılardan bəzilərinin
vəziyyəti ağır qiymətləndirilir.
Bir yükü maşını və 7 minik
avtomobilinin iştirakı ilə baş verən qəzada yol hər iki istiqamətdə bağlanıb,
uzun tıxac yaranıb.
Yol polisi hadisənin başvermə səbəblərini araşdırır.
tag: İtaliya, Qəza, Milan, Padova, todaypress.az,