İtaliyada 5 bal gücündə zəlzələ baş verdi
İtaliyanın cənubundakı
Kalabriya regionunda 5 bal gücündə zəlzələ olub.
TodayPress xəbər
verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən,
episentri Mandatoriççio bələdiyyəsi olan zəlzələnin ocağı 21 kilometr dərinlikdə
yerləşib.
Zəlzələ Kosenza əyalətində,
episentrə yaxın bölgələrdə, həmçinin Apuliya regionunda və Siciliya adasında
hiss olunub. Yeraltı təkandan sonra Kozenzada insanlar küçələrə axışıb.
İnsan tələfatı və dağıntı barədə
məlumat yoxdur.
tag: Zəlzələ, İtaliya, Kozenza, Kalabriya, todaypress.az,