İtaliya Ukraynaya tədarükün gecikdirilməsinin səbəblərini açıqladı

Dünya

01.09.2024 14:10

2184

İtaliyadan Ukraynaya zenit-raket komplekslərinin tədarükünün ləngiməsinə səbəb bayram günləri olub.

TodayPress xəbər verir ki, bu barədə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto məlumat verib.

O, İtalya müdafiə şirkətlərini ləng işləməkdə günahlandırıb. Krosetto ölkənin müdafiə sənayesində istehsalın zəif artım tempinə diqqət çəkib.

"Mən İtaliya şirkətləri ilə mübahisə edirəm, çünki “Samp-T” hava hücumundan müdafiə sistemini Ukraynaya çatdırmalıydım. Lakin onu nizama salmalı olan İtaliya şirkəti avqustda tətil üçün bağlanıb" deyə nazir əlavə edib.

Töhfə Səməd

tag: İtaliya,Ukrayna,Yardım,Gecikmə,Tətil,todaypress.az,