İtaliya Ukraynaya hərbi yardımı davam etdirəcək
Dünya
29.01.2025 12:10
İtaliya parlamenti Ukraynaya hərbi yardımın ilin sonuna qədər davam etdirilməsi haqqında fərmanı təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, İtaliya parlamentinin aşağı palatası Ukraynaya yardımın 2025-ci il dekabrın 31-dək uzadılması haqqında fərmanı səsə qoyub.
Müvafiq qərarın lehinə 192, əleyhinə 41 deputat çıxış edib.
Qeyd edək ki, ilk dəfə İtaliyada Ukraynaya hərbi yardım göstərilməsi haqqında qərar 2022-ci ilin martında təsdiqlənib.
Nicat Osman
tag: Uktrayna,Yardım,Fərman,Müdafiə,Todaypress.az,