İtaliya Ukraynaya hərbi dəstəyi artırır

Dünya

10.07.2024 14:55

1860

İtaliya 2025-ci ildə Ukraynaya hərbi yardımı 1,7 milyard avroya çatdıracaq. 

TodayPress xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corc Meloni NATO-nun hazırda Vaşinqtonda keçirilən sammitində bildirib. 

Qeyd olunub ki, bu, NATO-nun Ukraynaya 40 milyard dollarlıq hərbi yardım paketində İtaliyanın payına düşən hissədir. Yardımların yarısı ABŞ-dən, digər qismi isə Şimali Atlantika Alyansının Avropa ölkələrindən gələcək. 

Xatırladaq ki, 2022-ci ildə Roma Ukraynaya hər il təxminən 1,2 milyard avro dəyərində hərbi yardım edəcəyini vəd edib. Bu günə qədər isə Ukraynaya zenit-raket, artilleriya, zirehli texnika və sursat da daxil olmaqla 8 paket hərbi yardım edib.  

Günəş Mərd

tag: İtaliya, Ukrayna, Sammit, Corc Meloni, Vaşinqton, Hərbi Yardım, todaypress.az,