İtaliya Ukrayna üzrə sülh konfransını təşkil edə biləcək?

Dünya

25.11.2024 16:52

Roma yanvarda ABŞ-nin yeni prezidentinin administrasiyası və Rusiyanın iştirakı ilə Ukrayna məsələsi ilə bağlı konfrans təşkil etmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bunu “Corriere della sera” qəzetinə müsahibəsində İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani deyib.

“Biz Ukrayna üzrə sülh konfransının Rusiya və ABŞ-nin iştirakı ilə mümkün qədər tez toplanmasını təmin etməliyik” deyə nazir bildirib. O, əlavə edib ki, gələn il Ukrayna münaqişəsinə son qoyulmalıdır.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın noyabrın 26-da İtaliyanın qeyri-rəsmi icmadakı sədrliyinə son qoyacağı Yeddilik Xarici İşlər Nazirləri Qrupunun iclasında iştirak etməsi planlaşdırılır.

Töhfə Səməd

tag: Ukrayna, İtaliya, Baş Nazir, ABŞ, Münaqişə, todaypress.az,