İtaliya siyasətçiləri Paris Olimpiadasının açılış mərasimini tənqid etdilər
Dünya
28.07.2024 02:00
İtaliyanın Baş nazirinin
müavini və infrastruktur naziri Matteo Salvini hesab edir ki, Parisdə Olimpiya
Oyunlarının açılış mərasimi lazımi səviyyədə təşkil olunmayıb.
TodayPress xəbər verir
ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
"Dəhşətli başlanğıc, əziz
fransızlar. Yazıq" deyə o deyib.
Salvini, həmçinin Olimpiadanın
açılışının yayımından bir hissəni şərh edərək, Bibliyadakı Son Şam yeməyinin
hekayəsinə istinad edərək, bunu dünyadakı milyonlarla xristianın təhqiri kimi
xarakterizə edib.
"Gey parad mərasimini çox
bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilmirsiniz?" deyə
İtaliyanın hakim “İtaliyanın qardaşları " Partiyasından olan avrodeputat
Nikola Prokaççini “X” sosial şəbəkəsindəki paylaşımında tədbiri kinayə ilə qiymətləndirib.
"İtaliya
qardaşları"nın senatoru Luço Malan isə paylaşmınıda Paris mərasiminin
"Fransa və Avropanı utandırdığını", xüsusən də Son Şam yeməyinin
Bibliya süjetini təqlid edən səhnəni nəzərdə tutduğunu vurğulayıb.
Olimpiya oyunları avqustun
11-dək davam edəcək.
tag: İtaliya, Paris-2024, Olimpiada, Açılış Mərasimi, X, todaypress.az,