İtaliya sahillərində faciə - 11 nəfər öldü, 60 insan itkin düşdü
İtaliya sahillərində iki ayrı qayıq qəzasında ümumilikdə 11 nəfər həyatını itirib, 60-dan çox adam itkin düşüb.
TodayPress xəbər verir ki, Almaniya mərkəzli qeyri-hökumət təşkilatı “RESQSHIP” dünən verdiyi açıqlamada İtaliya sahillərində batan qayıqdan 2-si huşsuz vəziyyətdə olan 51 nəfərin xilas edildiyini, 10 nəfərin isə cəsədinin tapıldığını açıqlamışdı.
Məlumatda huşunu itirmiş şəxslərin hazırda tibbi yardım aldığı və təcili evakuasiyanı gözlədiyi bildirilib.
GÜNEL
tag: Almaniya, İtaliya, Qayıq qəzası, Tibbi yardım, todaypress.az,