İtaliya sahillərində 20-dən çox miqrant itkin düşdü
İtaliyanın Lapmeduza adası yaxınlığında
qayığın batması nəticəsində 21 miqrant itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Il
Messaggero” qəzeti mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, 7 suriyalı yerli sahil mühafizəsinin
əməkdaşları tərəfindən xilas edilib.
“Sentyabrın 1-də Liviya sahillərindən yola çıxan qayıqda
28 nəfər, o cümlədən itkin düşmüş 3 uşaq olub. Qayıq bir sutka suda üzdükdən
sonra batıb” deyə şahidlər bildiriblər.
Portal qeyd edir ki, xilas edilənlər İtaliyanın materik
hissəsindən çox Afrika sahillərinə yaxın olan adadakı müvəqqəti qəbul mərkəzinə
yerləşdiriliblər.
İtaliya hökuməti çoxlu sayda qurbanların olduğu bir sıra
iri gəmi qəzalarından sonra insanların qeyri-qanuni daşınmasına qarşı mübarizə
tədbirləri görməyə başlayıb. O cümlədən rəsmi Roma miqrantların təxminən
yarısının gəldiyi Tunislə müvafiq müqavilələr bağlayıb. Bundan əlavə,
Albaniyada miqrantların Avropada sığınacaq almaq statusunun qiymətləndiriləcəyi
ekstraterritorial qəbul mərkəzi açılmalıdır.
tag: Miqrant,İtaliya,Albaniya,Tunis,Liviya,todaypress.az,