İtaliya Parlamentində dava - Millət vəkili xəstəxanalıq oldu

Dünya

13.06.2024 08:27

İtaliyada parlamentin Nümayəndələr Palatasında iqtidar və müxalifət deputatları arasında əlbəyaxa dava baş verib.

TodayPress xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, Nümayəndələr Palatasının Baş Assambleyasında Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökumətinin təklif etdiyi və regional hökumətlərə daha çox muxtariyyət verilməsini nəzərdə tutan qanun layihəsi ilə bağlı müzakirələr əlbəyaxa davaya gətirib çıxarıb.

Danışıqlar davam edərkən müxalifətdə olan 5 Ulduz Hərəkatının (M5S) millət vəkili Leonardo Donno qanun layihəsinin rəhbəri Liqa Partiyasının Regional İşlər Naziri Roberto Kalderolinin yanına gələrək İtaliya bayrağını açıb.

Məlumatlara görə, hakim partiyalardan olan deputatlar Donnonun bu addımına sərt reaksiya verib, bəzi deputatlar isə müxalifətçi Donnoya yumruq atıblar. Sosial şəbəkələrdə yayılan videolarda Donnonun aldığı zərbələr nəticəsində yerə yıxıldığı görüntüləri yer alıb.

Ağır zədə alan millət vəkili xəstəxanaya çatıdırılıb.

 GÜNEL

 

tag: İtaliya, Parlament, Liqa Partiyası, Əlbəyaxa dava, todaypress.az,