İtaliya Fələstini tanımaqdan imtina etdi
Dünya
05.07.2024 16:25
İtaliyanın Deputatlar Palatası Fələstinin dövlət kimi tanıması təklifinin əleyhinə səs verib.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qərarın əleyhinə səs verənlər arasında çoxluğu sağçı partiyalar təşkil edib.
Qeyd edək ki, təklif ilk olaraq may ayında Beş Ulduz Hərəkatı (M5S) tərəfindən təqdim edilib. Palatanın solçu qüvvələri İtaliya hökumətini İspaniya, İrlandiya və Norveçdən nümunə götürməyə çağırıb. Müxalif qüvvələrin təzyiqlərinə baxmayaraq, təklif sağçılar tərəfindən rədd edilib.
Töhfə Səmədova
tag: İtaliya, Fələstin, Deputatlar, Beş Ulduz Hərəkatı, Norveç, İspaniya, todaypress.az,