İsveçrəli idmançı qar uçqununda öldü
Dünya
25.12.2024 04:33
İsveçrəli snoubordçu Sofi Hediqer qar
uçqununda həlak olub.
TodayPress xəbər verir ki, bu barədə İsveçrə Xizək
Federasiyası məlumat yayıb.
Faciəvi hadisə ötən gün İsveçrənin Aroza şəhərində baş
verib.
Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin
Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross
növündə qızıl medal qazanıb.
tag: İsveçrə, Qar, Uçqun, Aroza, Ölüm, İdmançı,Sofi Hediqer, todaypress.az,