İsveçrədə müdafiə nazirinin istefasını tələb etdilər
Dünya
12.01.2025 11:00
İsveçrənin müdafiə naziri Viola Amherd ölkənin təhlükəsizliyini təmin edə bilmir və istefaya getməlidir.
TodayPress xəbər verir ki, bu tələblə İsveçrə Xalq Partiyası (UDC) çıxış edib.
Partiya qeyd edib ki, müdafiə idarəsinin rəisi ordunun silahla təmin olunmasından daha çox orduda cinsiyyət məsələlərinə diqqət yetirir. “O, Ukraynanı İsveçrənin sifariş etdiyi silahlarla təmin edir. Federal Şuranın üzvü xanım Amherd, istefa edin!” bəyanatda deyilir.
Bundan əlavə, UDC naziri İsveçrə ilə NATO arasında yaxınlaşmanı təşviq etdiyinə görə qınayıb. Bildirilib ki, ölkə xarici münaqişələrə qarışır və neytrallıq prinsiplərindən uzaqlaşır.
Töhfə Səməd
tag: İsveçrə,Müdafiə,Nazir,İstefa,Viola Amherd,UDC,todaypress.az,