İsveçrə və NATO saziş imzaladılar
Dünya
16.07.2024 01:33
İsveçrə və NATO Cenevrədə yerləşən
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələri inkişaf etdirmək üçün
adıçəkilən şəhərdə alyansın ofisinin açılması haqqında saziş imzalayıblar.
TodayPress xəbər verir
ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
“Bu ofisin hüquqi statusu ilə
bağlı saziş bazar ertəsi Berndə İsveçrə Xarici İşlər Nazirliyinin Beynəlxalq
Hüquq Direksiyasının rəhbəri Frans Perre və NATO-nun Hüquq Məsələləri Bürosunun
direktoru Con Svords tərəfindən imzalanıb” hökumətin bəyanatında deyilir.
Məlumata görə, NATO həmçinin Cenevrədə orada yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə yaratmaq üçün çoxtərəfli əlaqələr ofisini açacaq.
tag: todaypress.az, İsveçrə, NATO,Cenevrə, XİN,