İsveçrə Ukraynaya 50 milyon dollar yardım edəcək

Dünya

19.12.2024 17:15

İsveçrə qışda Ukraynanın enerji infrastrukturuna dəstək və digər humanitar ehtiyaclar üçün Kiyevə əlavə 50 milyon dollar ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, vəsait enerji sisteminin bərpasına, dağılmış yaşayış binalarının təmirinə və humanitar yardımların göstərilməsinə yönəldiləcək. Xüsusilə, söhbət ehtiyat hissələrin, yanacağın tədarükü, enerji səmərəliliyinə investisiyalar, elektrik verilişi xətləri üçün generasiya avadanlıqları və kabellərin təchizatından gedir.

Yeni yardım paketi ilə İsveçrənin bu qış Ukraynaya dəstək üçün ayırdığı vəsaitin ümumi məbləği təxminən 145 milyon dollara qədər artacaq. Ümumilikdə, xüsusi hərbi əməliyyatın başladığı 2022-ci ilin fevralından bu yana İsveçrə Ukraynaya 500 milyon dollardan çox yardım ayırıb. 

Töhfə Səməd

tag: İsveçrə, Ukrayna ,Yardım ,Dollar ,todaypress.az,