İsveçrə Ukrayna ilə bağlı ikinci konfransı keçirməyəcək
Dünya
16.09.2024 12:25
İsveçrə hakimiyyəti Ukrayna ilə bağlı növbəti dəfə konfrans təşkil etməyi planlaşdırmır.
TodayPress xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hazırda İsveçrə ikinci sülh sammitinə hazırlaşmır. Lakin bizim məqsədimiz Ukrayna və Rusiya arasında danışıqların başlanması üçün şərait yaratmaqdır” deyə məlumatda bildirilib.
Qeyd edilib ki, İsveçrədə yeni sammitin keçirilməsinin mümkünlüyü ilə bağlı spekulyasiyalar Almaniya kansleri Olaf Şoltsun son bəyanatları fonunda alman mətbuatında yer alıb.
Töhfə Səməd
tag: Ukrayna, İsveçrə ,Sülh ,Olaf Şolts, Almaniya, todaypress.az,