İsveçrə Rusiyaya sanksiyalar paketinə qoşuldu
Dünya
22.08.2024 22:42
İsveçrə
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 14-cü sanksiyalar paketinə
qoşulmağa qərar verib.
TodayPress xəbər verir ki, bu barədə “DW’ İsveçrə hökumətinin saytına istinadən məlumat yayıb.
Məlumata görə, bu sanksiyalar avqustun 27-də
qüvvəyə minəcək.
İyunun 24-də Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. O cümlədən, Rusiya maye qazının çatdırılmasına və Avropa şirkətlərinin üçüncü ölkələrdəki törəmə şirkətlərinin bu sanksiyalardan yayınmasına qarşı tədbirlər daxildir. Bu sanksiyalara Rusiyanın 116 fiziki və hüquqi şəxsi, o cümlədən Ural Hava Yolları da daxil edilib.
İbrahim Əzizli
tag: Avropa İttifaqı, Rusiya, Sanksiya,İsveçrə,todaypress.az,