İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

15.05.2025 16:25

16

İsveçrə, Avropa İttifaqının qəbul etdiyi 16-cı sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı tədbirləri sərtləşdirib.

TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

Mayın 15-dən qüvvəyə minən sanksiyalar çərçivəsində hərbi və ikili təyinatlı məhsulların Rusiyaya ixracına məhdudiyyətlər artırılıb, neft və qaz axtarışı üçün lazım olan xrom filizi və proqram təminatının göndərilməsi qadağan edilib və Rusiya alüminiumunun idxalı dayandırılıb.

Qeyd edək ki, İsveçrə son illərdə Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara mütəmadi şəkildə qoşulur. Bu yeni qərar da həmin siyasətin davamıdır.

Türkan İsgəndərli

tag: İsveçrə,Rusiya,Sanksiya,Nüvə,todaypress.az,