İsveçrə Rusiyaya qarşı sanksiyaların səbəbini açıqladı
Dünya
30.11.2024 09:02
"İsveçrə ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək Rusiyaya qarşı məhdudiyyətlər tətbiq edib".
TodayPress "RİA"ya istinadən xəbər verir ki, bunu isveçrəli senator Mauro Poggia bildirib.
"Moskva İsveçrədən sanksiyalardan yan keçmək üçün bir vasitə kimi istifadə edəcək və Avropa İsveçrəyə qarşı sanksiyaları qəbul etməyə məcbur olacaq" deyə o qeyd edib.
Xatırladaq ki, İsveçrə Avropa İttifaqının və NATO-nun üzvü olmasa da, 2022-ci ilin fevralından etibarən demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub. Rusiyanın 8,8 milyard dollarlıq aktivlərini də bloklayıb.
Günəş Mərd
tag: Rusiya, İsveçrə, NATO, Avropa, todaypress.az,