İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Dünya
09.07.2024 15:31
İsveçrə hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
TodayPress xəbər verir ki, bu barədə məlumat İsveçrə federal hökumətinin saytında yer alıb. Bildirilib ki, siyahıya 69 fiziki şəxs və 86 təşkilat əlavə edilib.
Ölkə hakimiyyəti, həmçinin “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın portalına qadağa qoyub.
tag: İsveçrə, Rusiya, Ukrayna, RİA Novosti, İzvestiya, todaypress.az,