İsveçrə parlamenti Rusiya bizneslərinə qoyulan qadağanı ləğv etdi

Dünya

19.12.2024 17:41

İsveçrənin Milli Şurası (parlamentin böyük palatası) dekabrın 19-da Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində tətbiq edilən rusiyalı iş adamlarına və şirkətlərinə hüquqi məsləhətlərin verilməsinə qoyulan qadağanın ləğvi üçün səs verib. 

TodayPress xəbər verir ki, bu barədə "Keystone-SDA" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, qadağanın götürülməsinin lehinə 110 deputat, əleyhinə 71 deputat səs verib, daha 12 deputat bitərəf qalıb. Sentyabrda bu təklif Kantonlar Şurası (parlamentin kiçik palatası) tərəfindən dəstəklənib. Agentlik bildirir ki, parlamentin hər iki palatası hüquqi xidmətlərin göstərilməsi sahəsində Rusiya Federasiyasına qarşı mövcud sanksiya rejiminin “əsassız və bəzi fundamental hüquqları, xüsusən də məhkəmə proseslərində iştirak hüququnu pozduğu” ilə razılaşıb. Bununla yanaşı, İsveçrə vəkillərinin məhkəmədə rus bizneslərini müdafiə etməsinə qoyulan qadağa qüvvədə qalır.

NATO və Avropa İttifaqının (Aİ) üzvü olmayan İsveçrə bitərəf statusuna baxmayaraq, Aİ-nin Ukraynadakı xüsusi hərbi əməliyyat ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir. 2022-ci ilin martında Rusiya hökuməti Rusiya Federasiyasına, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Bu siyahıya İsveçrə də daxildir. 

Töhfə Səməd

tag: Rusiya, Aİ, Ukrayna , Sanksiya, todaypress.az,