İsveçrə İranın İsrailə hücumunu pisləyir
Dünya
02.10.2024 01:44
İsveçrə İranın İsrailə raket hücumunu kəskin şəkildə
pisləyir .
TodayPress xəbər
verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında qeyd olunub.
“İsveçrə İranın regionda ciddi eskalasiya riskini daha
da artıran bu hücumunu qətiyyətlə pisləyir. Deeskalasiyanı təmin etmək üçün hərbi
əməliyyatlar dərhal dayandırılmalıdır” XİN bildirib.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena
Bärbock İranın İsrailə qarşı kütləvi raket hücumunu kəskin şəkildə pisləyib .
“Davam edən hücumu ən sərt şəkildə qınayıram. İran dərhal
hücumu dayandırmalıdır” deyə o bildirib.
Aynur TAC
tag: İsveç, İran, israil, Müharibə,XİN, todaypress.az,