İsveçrə əsgərləri NATO hərbi təlimlərində iştirak edəcək
İsveçrə Senatı ölkənin müdafiə qabiliyyətinin azaldılması ilə bağlı narahatlıqlara görə əsgərlərin NATO ilə birgə hərbi təlimlərə göndərilməsinə icazə verib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“İsveçrənin NATO ilə birgə müdafiə təlimlərində iştirakı qadağan edilməməlidir”deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl İsveçrə parlamentinin kiçik palatasının Təhlükəsizlik Siyasəti Komitəsinin (CPS-E) üzvləri ölkə ordusunun NATO-nun kollektiv müdafiə təlimlərində iştirakının qadağan edilməsi təklifini yekdilliklə rədd etmişdilər.
Günəş Mərd
tag: İsveçrə, Senat, NATO ,Müdafiə ,CPS-E, todaypress.az,