İsveçrə bu qış qaza qənaət edəcək

Dünya

28.08.2024 18:10

İsveçrə Federal Şurası 2024-cü ilin oktyabrından 2025-ci ilin martına qədər qaz istehlakını 15% azaltmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “Prime” məlumat yayıb.

Bildirilib ki, İsveçrə enerjiyə qənaət məsələlərində həmrəylik nümayiş etdirməklə Avropa İttifaqı ölkələrindən nümunə götürür. Bu addımın səbəbi isə hazırkı geosiyasi vəziyyətlə əlaqədar Avropada qaz tədarükü ilə bağlı yaranmış gərgin vəziyyətdir.

Xatırladaq ki, İsveçrə hakimiyyəti əvvəllər də qaza qənaət etmək üçün vətəndaşlara müraciət etmişdi. 

Töhfə Səməd

tag: İsveçrə, Qaz, Qənaət, Hakimiyyət, Vətəndaş, todaypress.az,