İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə qoşulacaq

Dünya

21.08.2024 18:45

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə qoşulmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının saytında dərc edilmiş bəyanatda deyilir.

“Avqustun 21-də Federal Şura Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 14-cü sanksiyalar paketinin tədbirlərinə qoşulmaq barədə qərar qəbul edib. Dəyişikliklər 2024-cü il avqustun 27-dən qüvvəyə minir” deyə bildirilib.

Xatırladaq ki, iyunun 24-də Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Töhfə Səməd

tag: İsveçrə, Avropa İttifaqı, Federal Şura,Rusiya,todaypress.az,