İsveçrə 2026-cı ildə ATƏT-ə sədrlik edəcək

Dünya

30.12.2024 17:50

İsveçrə 2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edəcək.

TodayPress xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq bu gün İsveçrənin 2026-cı il üçün təşkilata sədr seçilməsini elan edib.

"Bu il güclü liderlik nümayiş etdirən və sədrliyi öz üzərinə götürən İsveçrəni təbrik edirəm. İsveçrənin bu rolu qəbul etməsi mühüm addımdır. Biz 2025-ci il yanvarın 1-dən Troyka üzvləri kimi sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirik” Borq deyib.

tag: İsveçrə ,ATƏT,Malta,İan Borq ,Troyka ,todaypress.az,