İsveçin baş naziri Cənubi Koreyaya səfərini təxirə saldı

Dünya

04.12.2024 10:43

İsveçin baş naziri Ulf Kristersson hərbi vəziyyətə görə Cənubi Koreyaya səfərini təxirə salıb. 

TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İsveç hökumətinin başçısının səfəri dekabrın 5-də başlamalı idi. 

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok Yeol

hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını Şimali Koreyayönlü qüvvələrin aradan qaldırılması və azad konstitusiya quruluşunu qorumaq zərurəti ilə izah edib.

Dekabrın 4-də isə Koreya hökuməti hərbi vəziyyəti ləğv edib. Yun Seok Yeol vətəndaşlara müraciətində  bildirib ki, qoşunlar öz bölmələrinə qayıdıblar.

Yerli KİV iddia edir ki, dövlət başçısının hərəkətləri siyasi oponentlərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə bağlıdır.

Günəş Mərd

tag: İsveç, Hökumət, Cənubi Koreya,Agentlik, todaypress.az,