İsveçdə doğum səviyyəsi aşağı düşdü, bağçalar bağlanacaq

Dünya

04.09.2024 18:20

2116

İsveçdə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində növbəti üç il ərzində minə yaxın uşaq bağçasının bağlanması gözlənilir. 

TodayPress xəbər verir ki, bu proqnozla “İsveç İcmaları və Regionları” assosiasiyası çıxış edib.

"Bu o deməkdir ki, 5-6 ildən sonra daha az orta məktəbə ehtiyacımız olacaq" deyə əlavə edilib.

Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin birinci yarısında İsveçdə doğum nisbətində kəskin azalma müşahidə edilib. Cəmi 50,5 min yeni doğulmuş körpə qeydə alınıb ki, bu da 21-ci əsrin bütün illəri ilə müqayisədə ən aşağı göstəricidir. 

Töhfə Səməd

tag: İsveç ,Doğum ,Bağçalar, İnsanlar ,todaypress.az,