İsveç Ukraynaya silah istehsalı üçün vəsait ayıracaq

Dünya

22.11.2024 17:36

İsveç Ukraynaya raket və pilotsuz təyyarələrin istehsalı üçün yüksək miqdarda vəsait ayırmağı planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Paul Conson sosial şəbəkədə məlumat verib. 

“İsveç yaxın vaxtlarda Ukraynanın kütləvi şəkildə uzaqmənzilli raketlərini və uzaqmənzilli pilotsuz təyyarələrini istehsal edə bilməsi üçün əhəmiyyətli dərəcədə vəsait ayıracaq” nazir yazıb.

Qeyd edək ki, bundan əvvəl İsveçin bir sıra siyasi partiyaları ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra müdafiə xərclərini artırmaq və Ukraynaya dəstəyi gücləndirmək niyyətində olduqlarını bəyan ediblər.

Günəş Mərd

tag: İsveç, Ukrayna, Tramp, Paul Conson, Qələbə, todaypress.az,