İsveç Ukraynaya iki sahil mühafizə gəmisi verəcək
Dünya
06.11.2024 01:44
İsveç Krallığı Ukraynaya
iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz təhvil verəcək.
TodayPress xəbər verir ki, bunu İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin Kiyevə səfəri zamanı “X” hesabında bildirib.
“Bu gün 100 milyon İsveç
kronu (təxminən 9,3 milyon dollar) dəyərində 40 min əleyhqazdan ibarət yeni
mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisi və əlavə
avadanlıqdan ibarət dəniz paketini təqdim etməklə böyük şərəfə nail oldum. ” deyə
yazıb.
O, həmçinin bildirib ki,
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko ilə danışıqlar zamanı
iki ölkə arasında mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair
saziş imzalanıb.
tag: Ukrayna, İsveç, Gəmi, Yardım Paketi, Əleyqaz, todaypress.az,