İsveç Ukraynaya hərbi yardım paketi ayırdı
Dünya
30.01.2025 22:46
İsveç Müdafiə Nazirliyi Ukraynaya 2022-ci
ildən bəri ən böyük - 1,23 milyard dollardan çox dəyərində yardım paketinin
ayrılmasına qərar verib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə
naziri Pol Yunson mətbuat konfransı zamanı bildirib.
“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu, həm
də 2022-ci ilin fevralından İsveçin Ukraynaya verdiyi ən böyük yardım
paketidir” o əlavə edib.
Nazir həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli
raket və dronlarının istehsalına təxminən 90 milyon dollar ayrılacaq.
tag: İsveç, Ukrayna, Yardım, Paket, Raket, todaypress.az,