İsveç Rusiyaya nota verdi

Dünya

08.12.2024 10:36

İsveçin Rusiyadakı səfirliyi Moskvadakı insidentdən sonra Rusiyaya nota göndərib.   

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, İsveç səfirliyindən araşdırmanın gedişi barədə onlara məlumat verilməsi xahişi ilə nota alınıb. 

Söhbət  noyabrın 28-də bir neçə gəncin İsveç diplomatik missiyasının fasadına boya butulkaları atması hadisəsindən gedir.   

Onlar birbaşa cinayət yerində polis əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib və dindirilməyə aparılıblar. 

Günəş Mərd 

tag: Rusiya,İsveç,Nota,Səfirlik,Todaypress.az,