İsveç Rusiya ilə müharibəyə hazırlaşır?

Dünya

16.01.2025 14:08

İsveç tank qüvvələrini gücləndirərək Rusiya ilə potensial müharibəyə hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə Amerikanın “National Interest” jurnalı yazıb. 

“Keçən həftə Stokholm 44 yeni “Leopard 2A8” əsas döyüş tankı və mövcud zirehli donanmasının təkmilləşdirilməsi üçün sifariş verib. Rusiyanın yaxınlaşması və İsveçin yeni NATO üzvü olması ilə o, potensial münaqişəyə hazırlaşır” məqalədə deyilir. 

Müəlliflər qeyd ediblər ki, İsveç yeni texnika almaqla yanaşı, “66 Leopard 2” tankını ən son “2A8” versiyasına yüksəltməyi planlaşdırır. 

İşlər başa çatdıqdan sonra ölkə ordusunun sərəncamında 110 texnika olacaq.  

Günəş Mərd

tag: Rusiya, İsveç,Müharibə, Hazırlıq ,todaypress.az,