İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqlədi

Dünya

19.06.2024 12:00

İsveç parlamenti ABŞ ilə müdafiə sazişinin təsdiqinə səs verib.

TodayPress xəbər verir ki, bu barədə İsveçin “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Keçən ilin dekabrında imzalanan sənədə uyğun olaraq, Stokholm Vaşinqtona bütün İsveçin 17 məntəqəsindəki təlim poliqonlarına, hərbi düşərgələrə, limanlara, hava bazalarına və hava limanlarına çıxış təmin edəcək.

Parlamentin 266 üzvü (Riksdaq) sazişin lehinə, 37-si əleyhinə səs verib, 46-sı isə iştirak etməyib.

tag: İsveç, ABŞ, Dagens Nyheter, Hərbi Düşərgə, Limanlar, Hava Limanları, todaypress.az,