İsveç NATO-nun monitorinqində iştirak edəcək

Dünya

13.01.2025 09:33

İsveç hökuməti NATO-nun Baltik dənizindəki əməliyyatında iştirak etmək üçün üç döyüş gəmisi və bir hava qüvvələri təyyarəsi göndərəcək. 

TodayPress xəbər verir ki, bu barədə "Yle" yazıb.

"NATO-nun rəhbərlik etdiyi əməliyyatın məqsədi sualtı kabelləri zədələnmədən qorumaqdır" bəyanatda deyilir.

Materiala görə, İsveç gəmiləri hələlik müşahidə missiyasına başlamayıb və onların əməliyyatda iştirakının son müddəti müəyyən edilməyib. Bu, NATO-nun monitorinq əməliyyatları komandanlığından asılı olacaq.

Günəş Mərd

tag: İsveç, NATO, Sualtı, Hökumət, todaypress.az,