İsveç Livandakı səfirliyini bağlayır

Dünya

03.08.2024 15:00

İsveçin Beyrutdakı səfirliyi müvəqqəti olaraq bağlanacaq. 

TodayPress xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström bildirib.

“Regionda təhlükəsizlik vəziyyəti son dərəcə narahatedicidir və münaqişənin gərginləşməsi riski var” deyə nazir qeyd edib. 

Billström səfirlik əməkdaşlarının Livanı nə qədər müddətə tərk edəcəklərini açıqlamayıb. 

Günəş Mərd

tag: İsveç, Livan, Billström, Səfrlik, Münaqişə, todaypress.az,