İsveç hərbi infrastruktura sərmayəni artıracaq
Dünya
06.12.2024 03:44
İsveç hökuməti hərbi infrastrukturun
tikintisinə 8 milyard kron (735 milyon ABŞ dollarından çox) investisiya qoymaq
qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə hökumət dəftərxanasından məlumat
verilib.
Məlumata görə, Silahlı Qüvvələrin güclü artımı ilə
əlaqədar olaraq anbar və talvarların sayının artırılmasına ehtiyac yaranıb və
ayrılan vəsait də məhz buna yönələcək.
Bildirilir ki, tikinti 2025-ci ildən 2030-cu ilə qədər
olan dövrdə bütün ölkə ərazisində aparılacaq.
“Fortifikasiya İdarəsinə sərmayə İsveçin müdafiə
qabiliyyətini yaxşılaşdırmaq üçün davam edən işlərinin bir hissəsidir. Qurum
Silahlı Qüvvələrin əldə etdiyi bütün avadanlıqları anbarda saxlamaq və qorumaq
üçün ölkə daxilində yeni binalar əldə edir, təmir və inşa edir” məlumatda qeyd
olunub.
tag: İsveç, Müdafiə, Hərbi,ABŞ, Bina, Yatırım, todaypress.az,