İsveç Gürcüstanla əməkdaşlığı dayandırır
İsveç Gürcüstan ilə bütün əməkdaşlığı dayandırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, bunu “Dagens Nyheter” qəzetinə müsahibəsində İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dousa deyib.
“Söhbət həm də vergi orqanları arasında mövcud şəraitdə yersiz hesab etdiyimiz əməkdaşlıqdan gedir. Gürcüstan Avropa İttifaqına müraciətinə ciddi yanaşdığını, Aİ ilə münasibətlərini qoruduğunu bəyan etsə, İsveçin qapısı onun üzünə açıqdır” deyə o, əlavə edib.
tag: İsveç, Gürcüstan, Ticarət, Benjamin Dousa, todaypress.az,