İsveç əsgərləri Latviyaya gəldi

Dünya

18.01.2025 14:59

550 İsveç əsgəri şərq “Camp Valdemar” bazasında NATO-nun irəli quru qoşunlarını gücləndirmək üçün Latviyaya gəlib.  

TodayPress xəbər verir ki, bu barədə “SVT” telekanalı məlumat yayıb.

O cümlədən 250 döyüşçü tanklar və döyüş maşınları ilə birlikdə əraziyə bərə ilə gəlib.    

Qeyd edək ki, bu, İsveçin Şimali Atlantika Alyansının üzvü kimi ilk hərbi missiyasıdır. Krallıq təşkilata 7 mart 2024-cü ildə qoşulub.


Günəş Mərd

tag: İsveç, Latviya,NATO, Dünya,Xəbər,todaypress.az,