İstanbulda zəlzələdən sonra 10 afterşok qeydə alındı
İstanbulda 6,2 maqnitudalı zəlzələdən sonra 10 afterşok qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə hökumətinin Fəlakətlərin İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
5,9 bal gücündə ilk afterşok yerli vaxtla saat 13:51-də (Bakı vaxtı ilə - red.) - birinci zəlzələdən 3 dəqiqə sonra baş verib.
Ondan sonra 4,4, 4,8, 4,5 və 4,9 bal gücündə təkanlar baş verib. Saat 14:07-dən etibarən zəlzələlərin gücü 3,4-3,1-ə qədər azalmağa başlayıb.
Ekspertlər afterşokların davam edəcəyini düşünürlər.
Töhfə Səməd
tag: Türkiyə,İstanbul,Zəlzələ,Şok dalğası,Todaypress.az,