İstanbulda zəlzələdən qorxan Özbəkistan vətəndaşı öldü
İstanbulda yaşayan Özbəkistan vətəndaşı zəlzələdən qorxaraq ürək tutumasından dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə Özbəkistanın Türkiyədəki Baş Konsulluğunun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, bu faciəvi hadisə İstanbulda baş verən zəlzələ zamanı sonuncu mərtəbədə olan vətəndaşın həddindən artıq qorxmasına görə yaşanıb.
Baş Konsulluq əlavə edib ki, idarə tərəfindən mərhumun cənazəsinin Özbəkistana göndərilməsi üçün lazımi konsulluq, hüquqi və təşkilati tədbirlər görülür.
Diplomatik şöbə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
tag: İstanbul,Özbəkistan, Türkiyə,Zəlzələ,Todaypress.az,