İstanbulda zavodda dəhşətli yanğın baş verdi
Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.
TodayPress “Ulusal”a istinadən xəbər verir ki, alovun ram edilməsi üçün qurudan və havadan müdaxilələr edilir. Əraziyə 56 yanğınsöndürən maşın və 167 nəfərlik briqada cəlb olunub.
Hadisənin baş vermə səbəbi məlum deyil. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
tag: Türkiyə,İstanbul, Tuzla,Yanğın,Dünya,todaypress.az,