İstanbulda saxta içkilər 34 nəfərin ölümünə səbəb oldu
Türkiyənin İstanbul şəhərində saxta spirtli
içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə İstanbul Valiliyi
məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 1-dən şəhərdə saxta spirtli
içkilərin istifadəsi səbəbindən 34 nəfər həyatını itirib.
Məlumata görə, İstanbulda saxta spirtli içkilərin istifadəsi
səbəbindən zəhərlənmə hallarında ciddi artım var. Son 48 saatda spirtli
içkilərdən ümumilikdə 66 zəhərlənmə hadisəsi baş verib, zəhərlənənlərin 23-ü
olub. Digər zərərçəkənlərin müalicəsi davam etdirilir.
Müalicəsi başa çatan 3 nəfər evə buraxılıb.
tag: İçki, Spirt, Türkiyə, İstanbul, Ölüm, todaypress.az,