İstanbulda saxta içki qəbul edən 11 nəfər öldü
Dünya
14.01.2025 22:46
Türkiyənin İstanbul şəhərində son sutkada
saxta spirtli içki qəbul edən 11 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə "Haber Global"
məlumat yayıb.
Bildirilib ki, onlar xəstəxanaya müraciət etsələr də, bu,
faydasız olub. Məlumata əsasən, məsələ ilə bağlı cinayət işi başladılıb, iki
şübhəli saxlanılıb.
Qeyd edək ki, daha əvvəl İstanbul valiliyi 2024-cü ildə
110 nəfər saxta spirtli içkidən zəhərləndiyini, onlardan 48-nin həyatını
itirdiyini bildirmişdi.
tag: İstanbul, İçki, Türkiyə, Zəhərlənmə, Spirt, Ölüm, todaypress.az,