İstanbulda İŞİD-ə qarşı əməliyyat: 6 nəfər həbs edildi
Dünya
13.01.2025 20:47
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı
əməliyyat keçirilib, 6 nəfər həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə İstanbul Baş
Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə
ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar.
“İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları
terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə
çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7
şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə
göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb”, - məlumatda
vurğulanıb.
tag: İŞİD, Terror, Türkiyə,İstanbul, Baş Prokurporluq, todaypress.az,