İstanbulda fövqəladə iclas – D-8 TOPLANIR

Dünya

07.06.2024 17:31

İranın xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kəni D-8 - İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün İstanbula səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.

Məlumata görə, Təşkilatın İstanbulda Qəzza məsələsi ilə bağlı fövqəladə iclas keçiriləcək.

Qeyd edək ki, D-8 qrupuna səkkiz İslam ölkəsi – İran, Türkiyə, Misir, Nigeriya, Pakistan, İndoneziya, Malayziya və Banqladeş daxildir. 

Günəş Mərd

tag: İstanbul, İran, Əli Baqeri Kəni, Təşkilat, todaypress.az,