İstanbulda baş verən zəlzələdə 151 nəfər xəsarət alıb

Dünya

23.04.2025 17:18

6

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdə 151 nəfər yüngül xəsarət alıb.

TodayPress xəbər verir ki, bu barədə İstanbul Valiliyi sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, onlar zəlzələ baş verən zaman özlərini yüksəklikdən ataraq yaralanıblar.   

Xəsarət alanların müalicəsi davam edir, həyatları üçün heç bir təhlükə yoxdur. 

Hazırda əlaqədar qurumların ərazidə yoxlama və qiymətləndirmə işləri davam etdirilir.   

Qiymət Mahir

tag: Türkiyə,İstanbul,Zəlzələ,Xəsarət,Todaypress.az,