İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlandı
Dünya
23.11.2024 04:19
İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında
70 kiloqram qızıl aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti
yazıb.
Hadisə Sarıyer rayonunda ticarət mərkəzinin
yaxınlığında baş verib, burada qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları
yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o,
qızılın ona məxsus olduğunu söyləyib. Kişi həmçinin qızıla qanuni sahibliyini
təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.
Hazırda İstanbul prokurorluğu araşdırmanı davam
etdirir. Hüquq-mühafizə orqanları qiymətli metalın mənşəyini yoxlayır və mümkün
hüquqi nəticələri qiymətləndirirlər.
tag: Qızıl, Türkiyə, Azərbaycan, Sarıyer, Cinayət,todaypress.az,