İstanbulda ardıcıl 2 güclü zəlzələ baş verdi
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata əsasən, saat 12:13-də (Bakı vaxtilə 13:13) Marmara dənizində, Silivri sahillərində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Zəlzələnin ocağı yerin 6,99 kilometr dərinliyində yerləşib. Kandilli Rəsədxanası isə eyni zəlzələnin gücünü 4,0 bal olaraq açıqlayıb. Zəlzələ Silivri, Böyükçekmece və Çatalca daxil olmaqla, ətraf rayonlarda da hiss olunub.
Növbəti yeraltı təkan isə Bakı vaxtilə 13:49-da baş verib. Zəlzələnin maqnitutası 6,2 bal, dərinliyi isə 6,92 kilometr olub.
Sarsıntı Bursa, Yalova, Tekirdağ başda olmaqla, ətraf vilayətlərdə də aydın şəkildə hiss edilib.
Zəlzələnin yaratdığı qorxu və təşviş səbəbilə bir çox vətəndaşlar panik şəraitində evlərini tərk edərək küçələrə axışıb. Hazırda bölgədə zəlzələnin təsirləri və mümkün dağıntılarla bağlı qiymətləndirmə işləri aparılır. Təhlükəsizlik orqanları və təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
AFAD və digər rəsmi qurumlar vətəndaşlara sakitliklərini qorumağı və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirməyi tövsiyə ediblər.
Töhfə Səməd
tag: Türkiyə,İstanbul,Zəlzələ,Məlumat,Todaypress.az,